Eriksenin komandaya müraciəti açıqlandı

İDMAN 13 iyn 2021, 21:10
Danimarka millisinin baş məşqçisi Kasper Yulman Eriksenin başına gələnlərdən sonra komandadakı vəziyyət barədə danışıb.

“Matç TV” xəbər verir ki, o, bütün oyunçuların şoka düşdüyünü bildirib.

Yulman Eriksenlə söhbət etdiyini və onun çox şeyi xatırlamadığını qeyd edib.

“Daha çox sizə görə həyəcan keçirirəm, uşaqlar. Necəsiniz orada?”, -deyə K.Eriksen millinin üzvlərinə müraciət edib.

Yığma komandanın çalışdırıcısı UEFA-nı da qınayıb. O, bəyan edib ki, qurum Danimarka seçməsinə şok halından çıxamaq üçün yetərincə vaxt verməyib. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top