Qaribaşvili: “Bölgəmizdə təhlükəsizlik üçün mühüm addım atılıb”

SİYASƏT 13 iyun 2021, 08:30
“Bölgəmizdə təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili tvitter hesabında yazıb.

“Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə Azərbaycan tərəfindən münaqişə zamanı saxlanılan Ermənistanın 15 vətəndaşının azadlığa buraxılması və Ermənistanın minalanmış ərazilər barədə məlumat təqdim etməsi üçün sıx koordinasiyada oynadığı roldan fəxr edirəm”, - hökumət başçısı qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top