Andrey Babiş: “Çexiya Avropa Parlamentinin müstəmləkəsi deyil”


DÜNYA 12 iyn 2021, 21:43
Çexiyanın baş naziri Andrey Babiş Avropa Parlamentini ölkənin daxili işlərinə və oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

Demokrat.az xəbər verir ki, Avropa Parlamenti Çexiyanın baş nazirini tənqid edən qərar qəbul edib.

Qərara əsasən, Babiş kənd təsərrüfatının inkişafı üçün Avropa İttifaqı tərəfindən ayrılan subsidiyalardan sui-istifadə etməkdə şübhəli bilinir.

“Çexiya Avropa Parlamentinin müstəmləkəsi deyil. Onlar qətnaməni qəsdən qəbul ediblər. Vətəndaşlarımıza burada baş nazirin kim olacağını diktə edirlər. Bu, seçkilərə təsir göstərmək, “Pirat” partiyasına və müxalifətə kömək etmək üçün başqa bir cəhddir”,- Andrey Babiş tvitterdə yazıb.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top