“Volkswagen” müştərilərinin şəxsi məlumatları oğurlandı

BİZNES 12 iyn 2021, 13:03
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” (VW) və onun lüks avtomobil markası “Audi” kiberhücuma məruz qalıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, kiberhücum zamanı şirkətin ABŞ və Kanadadakı müştərilərinin əlaqə məlumatları və sürücülük vəsiqəsi nömrələri kimi fərdi məlumatları oğurlanıb.

“Bunun mövcud və ya potensial müştərilərimizə səbəb ola biləcəyi hər hansı bir narahatçılığa görə təəssüf edirik. Həmişə olduğu kimi, insanların özləri və ya avtomobilləri haqqında məlumat vermələrini istəyə biləcək şübhəli e-poçt və ya digər əlaqə vasitələrində diqqətli olmalarını tövsiyə edirik”, - VW-nin açıqlamasında deyilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top