MM sədri: "Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir"

GÜNDƏM 11 iyn 2021, 11:16
“Bir neçə gündən sonra xalqımız Qurtuluş gününü qeyd edəcək. 1993-cü ilin iyunun 15-də Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması ölkəmizi uçurumun bir addımlığından geri qaytardı”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasi fəaliyyəti xalqa hər cür xidmət etmək nümunəsidir:

“Müasir Azərbayacan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əzəli və tarixi torpaqlarımız olan Qarabağın qaytarılması Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top