Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik missiyası başa çatır

XARİCİ SİYASƏT 10 iyn 2021, 16:05
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın diplomatik missiyası başa çatır.

“Report” TASS-a istinadən xəbər verir ki, onun bu yay Bakını tərk edəcəyi planlaşdırılır.

Xatırladaq ki, K.Yankauskas 2017-ci ildən etibarən Aİ-nin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edir.

O, 2017-ci il sentyabrın 12-də öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top