Qarabağda çinar ağacları əkiləcək — VİDEO

QARABAĞ 08 iyn 2021, 18:16
İşğaldan azad olunan ərazilərdə tarixi Gəncə çinarı əkiləcək.

Artıq bununla bağlı hazırlıqlar gedir, Qarabağda əkiləcək çinar ağaclarının sayı da müəyyənləşib. Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin Gülçülük sahəsində yeni çinar ağacları becərilib və payız mövsümü üçün tam hazır olacaq. İlkin mərhələdə təxminən 10-min ağac əkiləcək.

Əkiləcək ağacların yeri də müyyən edilir. Söhbət ondan gedir ki, iqlimə uyğun rayonlarda Gəncə çinarının əkilməsi həyata keçiriləcək. Siyahıda Dağlıq Qarabağın ətraf rayonları ilə yanaşı, işğaldan azad edilən Zəngilan, Qubadlı və digər rayonlarda var.

Artıq Ağoğlan rayonunda çinar ağaclarının az hissəsinin əkini aparılıb. Ümumilikdə isə tarixi torpaqlarımızda çinar ağacları ilə yanaşı palıd, şam, akasiya və kiparis ağaclarının da əkilməsi nəzərdə tutulur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top