"Formula 2": Üç pilot qəzaya düşdü

İDMAN 06 iyn 2021, 13:21
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında ilk qəzalar baş verib.

"Report"un məlumatına görə, "Dams" komandasından Markus Armstronq "Art Grand prix"də çıxış edən Teo Purşer ilə toqquşub.

Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.

Bundan əlavə, "HWA Racelab"dən Matteo Nannini də qəza törətdiyi üçün həmkarlarının aqibəti ilə üzləşib.

Qeyd edək ki, saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış starta veriləcək və yekunda qalib müəyyənləşəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top