Litva səfirliyi Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı başsağlığı verdi


QARABAĞ 04 iyn 2021, 16:05
Litvanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək şəhid olmaları ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, başsağlığı diplomatik nümayəndəliyin tvitter səhifəsində yayılıb.

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin minaya düşərək həlak olması ilə bağlı xəbərlər bizi kədərləndirdi. Onların ailələrinə başsağlığı diləyirik”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top