Jurnalistlər Kəlbəcərdə tank əleyhinə minaya düşərək həlak olub — RƏSMİ

HADİSƏ 04 iyn 2021, 13:29
Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Televiziyası bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı birgə məlumat yayıb.

Demokrat.az
xəbər verir ki, məlumatda deyilir:

"İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top