Bir ailəni məhv edən yanğının qəsdən törədildiyi ehtimal edilir — VİDEO


HADİSƏ 03 iyn 2021, 16:57
Gecə saatlarında Sabirabadda baş verən yanğın, ana və onun iki azyaşlı övladının ölümünə səbəb olub.

Hadisə rayonun Zəngənə kəndində, 32 yaşlı Elmin Nağıyevə məxsus fərdi yaşayış evində baş verib.

Yanğın nəticəsində sahəsi 230 kvadratmetr olan yaşayış evi külə dönüb.

Hadisə zamanı ev sahibinin həyat yoldaşı 27 yaşlı Şəbnəm Nağıyeva, övladları 12 yaşlı  Ceyhun Nağıyev və qardaşı 11 yaşlı Xəyal Nağıyev vəfat ediblər. 

Ev sahibi Elmin Nağıyevin dayısı Kamil Babayev iddia edir ki, sözügedən hadisə qəsdən törədilib:

“Mən gələndə artıq evin divarları uçmuşdu. Gecə saat 3-də işıqlar sönülü olub. Evdə isə qaz olmayıb. Nədən yana bilər?”.

Məlumat üçün bildirək ki, Elmin Nağıyev Rusiyanın Rostov şəhərinə işləməyə gedib.
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyl 2021, 19:28
Top