Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq? — TƏBİB-dən açıqlama

SOSİAL 03 iyun 2021, 13:26
Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur.

Demokrat.az xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə”, 1 iyun 2021-ci il tarixli qərarına əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top