Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirdi — Vəziyyəti ağırdır

İNCƏSƏNƏT 03 iyn 2021, 10:27
Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli infakt keçirib.

Bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infakt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top