Paşinyanın doğum gününə "başsağlığı" VİDEOSU

DÜNYA 01 iyn 2021, 17:23
Nikol Paşinyanın doğum gününə ermənilər “hədiyyə” hazırlayıblar.

KONKRET.az-ın erməni TQ kanallarına istinadən əldə etdiyi görüntülərdə Paşinyanın doğum günündə erməni xalqına başsağlığı verilir.

Videoda deyilir:

“Nikolun doğum günündə başsağlığı vermək məcburiyyətindəyik. Hakimiyyət qurbanlarının ailələrinə başsağlığı veririk. Ölkəyə başsağlığı veririk. Millətə başsağlığı veririk. Cəmiyyətə başsağlığı veririk. Hamıya başsağlığı veririk

Damarlarımızı qopara-qopara getdiyimiz cəhənnəmi uzun müddət xatırlayacağıq. Bu insan olmayanların 3 ildə bizə nə etdiklərini və davam etdirmək istədiklərini uzun müddət unutmayacağıq. Çox ümid edirəm ki, səhvlərdən dərs alacağıq, analiz edəcəyik və unutmayacağıq. Köhnə atalar sözündə deyilir: köhnəni unudan kimsə gözdən düşər. Ancaq sonumuz necə olacaq, heç kəs bilmir”.

Həmin görüntüləri təqdim edirik:

 




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top