Deputat: “Prezident qeyd edir ki, koronavirusla qlobal səviyyədə mübarizə aparmaq lazımdır"

GÜNDƏM 01 iyn 2021, 15:52
"Hər zaman olduğu kimi cənab Prezident Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında pandemiyaya qarşı mübarizə tədbirlərinin qlobal formada təşkilinin zəruriliyini açıqladı".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisindeputatı Azər Badamov Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının mayın 31-də keçirilən sessiyasındakı çıxışı barədə danışarkən deyib.

Deputat bildirib ki, aktual mövzunu əhatə edən sessiya zamanı cənab İlham Əliyev bir çox məqamlara toxunub və Azərbaycanın pandemiya ilə mübarizə istiqamətindəki siyasətini konfrans iştirakçılarının diqqətinə çatdırıb: "Azərbaycan qlobal pandemiya elan olunduqda bu bəşəri bəla ilə mübarizəyə ilk qoşulan dövlətlərdən olub. Ölkəmizdə qısa müddət ərzində pandemiya əleyhinə mübarizə tədbirləri həyata keçirilib, 13 modul tipli və 1 stasionar xəstəxana istifadəyə verilib və Covid xəstələri tez bir zamanda müalicəyə cəlb olunub. Azərbaycanda həmçinin mülki əhali arasında pandemiyanın mənfi təsirlərini minimallaşdırmaq üçün dövlət dəstəyi proqramları həyata keçirilib ki, bu proqramların reallaşması üçün 2,7 milyard dollar vəsait sərf olunub. Prezident hər dəfə qeyd edir ki, koronavirusla yerli səviyyədə yox, məhz qlobal səviyyədə mübarizə aparmaq lazımdır. Çünki İlham Əliyev haqlı olaraq hesab edir ki, biz yalnız səylərin qlobal səviyyədə birgə olacağı təqdirdə pandemiyaya qalib gələ bilərik".

Azər Badamovun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, hər zaman dünyanın gələcəyini düşünərək müxtəlif təşəbbüslər göstərir: "Bilirsiniz ki, BMT-ə pandemiya ilə mübarizə çərçivəsində xüsusi sammitinin keçirilməsi ilə bağlı müraciət ünvanlanmışdı. Beləliklə, hörmətli Prezidentimiz həm BMT-nin, həm də Qoşulmama Hərəkatının video formatda keçirilən görüşləri zamanı qeyd etmişdi ki, pandemiya ilə mübarizə qlobal xarakter almalı və vaksinlərin ədalətli bölgüsü aparılmalıdır. Nəticədə, 2021-ci ilin mart ayında cənab İlham Əliyevin fikirləri nəzərə alınaraq, BMT müvafiq qətnamə qəbul edib. Yəni Prezidentin hələ vaksin icad olunmazdan əvvəl dediyi proqnozlar özünü doğruldub və təəssüf ki, vaksinlərin, demək olar ki, 80%-i varlı dövlətlər tərəfindən idxal edilib. Hazırda ehtiyacları olsa da, əhalisini vaksinlə təmin edə bilməyən ölkələr kifayət qədər çoxdur. Qısacası, pandemiya ilə bağlı Azərbaycan həm qlobal platformada təşəbbüslər irəli sürüb, həm də peyvəndlərin bölüşdürülməsi zamanı baş verəcək ədalətsizliyi proqnozlaşdırdığı üçün əvvəlcədən Çinin Sinovac şirkəti ilə müqavilə imzalayıb. Beləliklə, artıq yanvar ayından etibarən regionda ilk olaraq Azərbaycanda vaksinasiya prosesinə başlanılıb, nəticəsi də göz qabağındadır”.

Qeyd: Mayın 31-də Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası baş tutub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top