Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar etdi

HADİSƏ 31 may 2021, 10:57
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top