Namiq Ələsgərov Super Liqa yolunda: 500 min avroluq transfer

İDMAN 30 may 2021, 00:30
Son ölkə çempionu "Neftçi" klubunun bombardiri Namiq Ələsgərov Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb.

Demokrat.az
Türkiyə KİV-ə istinadən xəbər verir ki, futbolçumuzun adı transfer pəncərəsində Türkiyə klublarına keçəcək potensial futbolçuların arasında çəkilir.

Türkiyənin nüfuzlu Fanatik nəşri Namiq Ələsgərovun Azərbaycan çempionatında 19-u qol, 4-ü isə məhsuldar ötürmə olmaqla 23 qolun vurulmasında iştirak etdiyini qabardıb. 

Futbolçumuzun transfer dəyərinin 500 min dollar olduğunu bildirən nəşr Türkiyə Super Liqasında çıxış edən bəzi klubların Namiq Ələsgərovu heyətində görmək istəyəcəklərini qeyd edib.

Yayılan bəzi məlumatlara görə, artıq "Hatayspor" klubu rəhbərliyi yeni mövsümdən etibarən futbolçumuzu heyətində görmək istəyir. 

Qeyd edək ki, nüfuzlu "Transfermarkt" saytı "Neftçi" ilə müqaviləsi gələn il bitəcək futbolçunun transfer dəyərini 500 min avro olaraq qiymətləndirir. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top