ABŞ Belarusa qarşı sanksiyalar hazırlayır

DÜNYA 29 may 2021, 22:35
Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və digər tərəfdaşlarla əməkdaşlıq edərək Belarus hakimiyyət orqanlarının əsas nümayəndələrinə qarşı ünvanlı sanksiyalar hazırlayır və bu respublikadan doqquz dövlət müəssisəsinə qarşı daha əvvəl ləğv olunmuş məhdudiyyətləri bərpa etmək niyyətindədir.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki mətbuata açıqlamasında bildirilib.

Məlumata görə, sanksiyalar davamlı insan haqları pozuntuları və korrupsiya, 2020-ci ildəki saxta seçkilər və 23 may hadisələri ("Ryanair" təyyarəsi ilə əlaqəli - red.) səbəbindən tətbiq ediləcək.

Dövlətə məxsus müəssisələrə qarşı sanksiyalar 3 iyunda yenidən tətbiq olunacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Minskə qarşı sanksiyaların tətbiq ediləcəyini elan etmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top