İranda güclü zəlzələ

DÜNYA 29 may 2021, 11:19
İranın cənubunda 5,2 bal gücündə zəlzələ olub.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 82 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin hiposentri 10 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, mayın 17-si İranın Şimali Xorasan ostanının Sənxast şəhərində qeydə alınan 5,5 bal gücündə zəlzələ nəticəsində bir neçə nəfər yaralanmışdı.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 13:17
18 sentyabr 2025, 12:37
18 sentyabr 2025, 12:28
18 sentyabr 2025, 11:30
18 sentyabr 2025, 11:29
Top