Ermənilərin Cəbrayılda dağıtdığı şəhid qəbirləri — FOTO

QARABAĞ 28 may 2021, 20:12
Bura işğaldan azad edilmiş Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəki iki məzarlıqdan biridir. Modern.az-ın məlumatına görə, şəkildəki məzarlar  Böyük Mərcanlı kəndinin Birinci Qarabağ Müharibəsi zamanı verdiyi onlarla şəhiddən yalnız üçünündür.

Şəkildən də göründüyü kimi, 30 ilə yaxın müddətdə işğal altında qalmış məzarlıq erməni vandalları tərəfindən dağıdılıb. Düşmən bütün digər qəbirlər kimi, şəhid məzarları ilə də vəhşicəsinə davranıb, onları yerlə-yeksan edib.

Bu məzarlarda dəfn olunan şəhidlərdən ikisi əmioğludur - Arif və Fərhad Fərhadovlar (ortada və sağda), ücüncüsü isə (solda) Müslüm İmanovdur.

Onlar 28 il öncə - 15 avqust 1993-cü il tarixində Cəbrayıl rayonundakı Daşbaşı postunda şəhid olublar.

Qeyd edək ki, həmin gün Ermənistan silahlı qüvvələrinin Ordumuzun Daşbaşı postuna qəfil hücumu nəticəsində 23 əsgərimiz həlak olmuşdu.

Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirmişdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdılar.

Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyulmuşdu.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər...

44 günlük Vətən müharibəsindəki Qələbəinin ardından doğma torpaqları ziyarət edən Cəbrayıl camaatı, o cümlədən Böyük Mərcanlı sakinləri şəhidlərin dağıdılmış məzarlarını bərpa etməyə başlayıblar...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top