Vladimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanladı


XARİCİ SİYASƏT 28 may 2021, 16:47
Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ukrayna dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı, Ukrayna və Azərbaycan xalqları arasındakı ənənəvi möhkəm əlaqələri, habelə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün göstərilən qətiyyəti yüksək dəyərləndirir.

Bizim dövlətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Əminəm ki, hər bir azərbaycanlı bu məqsədin gerçəkləşməsi yolunda qəti liderliyinizi dəstəkləyir.

İnanıram ki, Ukrayna və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək və dövlətlərimizin xalqlarının rifahı naminə yeni nailiyyətlərlə zənginləşəcək.

Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq.

Cənab Prezident, məsuliyyətli ali dövləti fəaliyyətinizdə Sizə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top