Həmsədrlərdən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ


QARABAĞ 28 may 2021, 16:25
“Ermənistanla Azərbaycan arasındakı vəziyyəti deeskalasiya etmək üçün hər iki tərəfi təcili addımlar atmağa və sərhədlərin sülh yolu ilə delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamağa çağırırıq”.

Demokrat.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endryu Şofer) birgə bəyanatında deyilir.

Həmsədrlərin bu prosesə kömək etməyə hazır olduqları qeyd olunur.

Qeyd olunub ki, həmsədrlər tərəfləri 10 noyabr atəşkəs bəyanatına uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.

Həmsədrlər son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı məlumatları da narahatlıqla qeyd edirlər: “Sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi və ya güc tətbiqinə dair təhdidlər qəbuledilməzdir”.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top