Əsgəranda erməni uşaqlara “sülhməramlı dərsi” keçilib

QARABAĞ 28 may 2021, 11:35
Qarabağdakı Rusiya sülhməramlıları Əsgəran rayonunda erməni uşaqlara "sülhməramlı dərsi" keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sülhməramlıların dərsində 100-ə yaxın şagird iştirak edib.

İnteraktiv dərs formasındakı aksiyada sülhməramlıların missiyasına dair məlumatlar təqdim olunub: "Şagirdlərə əvvəl döyüş əməliyyatları gedən rayonlarda partlayıcı maddələr səbəbindən təhlükə barədə məlumat verilib".

Rusiyalı zabitlər uşaqlara Qarabağ ərazisində rast gəlinən partlayıcı maddələri nümayiş etdirib, zərərçəkənlərə ilk tibbi yardımın qaydasını izah ediblər.(cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top