Mehriban Əliyeva Respublika Günü ilə bağlı paylaşım etdi


GÜNDƏM 28 may 2021, 10:24
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".
 


Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top