Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

GÜNDƏM 28 may 2021, 00:11
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövləti olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.

1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti paytaxt kimi müvəqqəti olaraq Gəncə şəhərində yerləşib. Çünki Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində idi.

1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.

Lakin Şərqin ilk demokratik cümhuriyyətin hakimiyyəti 23 ay sürüb. O 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

Nəhayət 71 il sonra-1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək xalq cümhuriyyətinin idealarını davam etdirib, yeni müstəqil Azərbaycan Respublikası yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top