Millimiz Türkiyəyə uduzdu — YENİLƏNİB


İDMAN 27 may 2021, 22:55
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirib.

Demokrat.az-ın məlumatına görə, yığmamız Türkiyə ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Canni de Byazinin yetirmələri məğlubiyyət seriyasına Alanyada son qoymağa çalışsa da, güclü rəqibi önündə buna nail ola bilməyib. Bu il keçirdiyi bütün matçlarda uduzan millimiz AVRO-2020-nin final mərhələsinə hazırlaşan “ay-ulduzlular”a da yenilib. Komandamız Emin Mahmudovun qolu ilə hesabı açmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyib və meydanı məğlub tərk edib.

Millimiz iyunun 2-də Belarus, 6-da isə Moldova ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız bu il DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya (0:1) və Serbiyaya (1:2), yoxlama oyununda Qətərə (1:2) uduzub.

27 may
​Yoldaşlıq oyunu

21:00. Türkiyə - Azərbaycan - 2:1
Qollar: Halil Dervişoğlu, 34, Kaan Ayhan,44 - Emin Mahmudov, 28
Baş hakim: Genc Nuza (Kosovo)

Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ünder, 9. Halil Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k)
Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kərəm Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16.
Enes Ünal, 17. Efecan Karaca
Baş məşqçi: Şenol Günəş

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
Alanya. “Oba” stadionu

Apasport.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top