Yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksini gətiriləcək

SOSİAL 25 may 2021, 13:26
“Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”.

Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir: “Dünyada istifadə olunan və ÜST tərəfindən təsdiqlənən vaksinlər Azərbaycan üçün əlçatandadır. Hər kəs könüllü şəkildə istədiyi vaksini vurdura bilər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top