Bakıda qadın “Porsche” ilə qəza törətdi — VİDEO

HADİSƏ 25 may 2021, 10:40
Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə dönən yolda qeydə alınıb. 

31 yaşlı Süleymanova Aytən Qabil qızı idarə etdiyi “Porsche” markalı minik avtomobiliylə hərəkətdə olarkən sükana nəzarəti itirib. 

Nəticədə nəqliyyat vasitəsi döngədə olan beton səkiyə və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb. Hadisə nəticəsində A.Süleymanova ağır bədən xəsarətləri alıb.

İlkin məlumata görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top