Şuşa ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu — YENİLƏNİB

DAXİLİ SİYASƏT 24 may 2021, 15:52
Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib.

Demokrat.az
xəbər verir ki, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, sənəd üç oxunuşda müzakirəyə çıxarılacaq.

***11:58

Bu gün Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.


Demokrat.az xəbər verir ki, sənəd parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Daha sonra isə qanun layihəsinə birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasında baxılacaq.

Sənəd üç oxunuşda müzakirə olunacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top