Bakının mərkəzində daş mozaikalı fəvvarə niyə söküldü? — FOTO

SOSİAL 23 may 2021, 22:17
Bakı şəhəri Nəsimi rayonu Zorge bağından Koroğlunun heykəli səmtinə gəldikdə keçmiş “Dostluq” kinoteatrının yay zalı ilə üzbəüz ərazidə ötən əsrin 70-ci ilərin sonunda diqqətiçəkən daş mozaika üslubunda hazırlanmış fəvvarə istifadəyə verilmişdi. Həmin illərdə fəvvarə kompleksi şəhər sakinlərinin istirahət etdiyi məkanlardan biri idi. Hətta o illərdə bir çox musiqili-əyləncəli verilişlər məhz bu ərazidə çəkilərdi.

Üstündən xeyli müddət keçdi. Baxımsızlıq ucbatından fəvvarə dağılmış bir vəziyyətə düşdü. Bununla bağlı bizdə dəfələrlə yazsaqda nəticəsi olmamışdı.

Nəsimi RİH-lə təxminən üzbəüz ərazidə olan fəvvarənin son durumu həqiqətən bu ətrafda hərəkət edən hər bir şəxsi narahat edirdi.

Nəhayət ki, Nəsimi RİH hərəkətə keçib əraziyə əl gəzdirməyə başladı. Və unikal bir əsər olan daş mozaıkanı bərpa etmək əvəzinə ekskovatorla hovuzu doldurulub ərazidə idman qurgularının quraşdırlması üçün meydançanın düzəldilməsinə start verdi.

Mən Nəsimi rayon sakini olaraq tək bu rayonun deyil, Azərbaycanın hər bir guşəsinin gözəl, səliqəli, ürəkaçan və gözoxşayan durumda olmasını istəyirəm. Bunun üçün hər zaman öz töhvəmi verməyə də hazıram.

Lakin ötən əsrin yadiğarı olan mozaika fəvvarənin dağıdlıb yerində idman meydançasının salınmasının tam əleyhinəyəm. Gərək Nəsimi RİH tələm-təsəlik belə addım atmayaydı. İdman meydançası üçün elə üz-bə-üzdə ondan da böyük bir sahədə bu layihəni kerçəklləşdirə bilərdi. Həmin illərdə Slavyan Universitetinin inzibati binasında, o cümlədən MİDA-nın hazırda təmir edilən inzibati binasında, metro stansiyalarında və o cümldəən Ağdam Çörək Muzeyində məhz bu tipli layihələrin olması gözəlliyi və qeyri-adiliyi ilə diqqəti çəkirdi.

Odur ki, Nəsimi RİH-in rəsmilərinə tövsiyəm odur ki, həyata keçirdiyi bu tipli layihələri əvvəlcədən ictimai müzakirəyə çıxarıb sonra qərar versin. Birdə ki,  məhz Nəsimi rayonunun ərazisində olan Slavyan Universitetinin fasadında kı mozakının aqibəti də hər kəsin yaxşı yadındadır.

Fikrimizcə, üstünlük  fəvvarəni sökülməsinə yox, əksinə bərpa edilməsinə verilməliydi.

Düşünürəm ki, ötən əsrin yetmişinci illərin yadığarı olan memarlıq əsərlərinin qorunub saxlanmasına həm Nəsimi RİH rəsmiləri, həmdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovda öz münasibətini bildirəcək və bu cür halların təkrarlanmaması üçün müəyyən addımlar atacaqlar.
No description available.
No description available.
No description available.No description available.
Belediyye.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top