Keysuke Honda və Ahmed Ahmedov "Neftçi"dən ayrıldı — RƏSMİ

İDMAN 22 may 2021, 18:28
"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında məlumat verib.

43 yaşlı mütəxəssis Keysuke Hondanın və Ahmed Ahmedovun yeni mövsümdən komandada olmayacağını söyləyib: "Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Ahmed Ahmedovin isə icarə müddəti bitib və öz klubuna qayıdıb. Son oyunda vurduğu qolu qoyaq qırağa, ona bizimlə olduğuna görə təşəkkür edirəm.

Abasov yeni hücumçu axtaracalarını bildirib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu deyə bilərəm ki, Keysuke Honda və Ahmed Ahmedov bizim komandada olmayacaq".

Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top