YapiKredi Müraciət Forması
İkt

Çinə məxsus cihaz Marsda tədqiqatlara başladı

Çinə məxsus cihaz Marsda tədqiqatlara başladı

Çinə məxsus “Juronq” (Zhurong) təkərli cihazı Marsda eniş kürsüsünü tərk edərək tədqiqatlara başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Milli Fəza Administrasiyası (CNSA) bildirib.

Qeyd edək ki, “Tianwen 1” (səmavi suallar) araşdırma missiyası çərçivəsində qonşu planetə göndərilən “Zhurong” cihazı mayın 14-də mənzil başına çatdırılıb. Bununla da Çin SSRİ və ABŞ-dan sonra Marsa cihaz endirməyə müvəffəq olan üçüncü ölkə olub.

Demokrat.az

D
demokrat.az