ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edildi

İKT 22 may 2021, 14:08
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bunu Rəşad Nəbiyev Tvitter hesabında yazıb.

"ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru və digər üzvləri ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində görülmüş işlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və ABŞ şirkətləri ilə əməkdaşlıq barədə danışdıq", - o qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top