“İnsanlar ölməyə davam edəcək” — ÜST-ün direktoru

DÜNYA 22 may 2021, 00:32
"Koronavirus vaksinlərinin, demək olar ki, 90 faizi G-20 ölkələrində tətbiq olunur. Vaksinlərdəki qlobal bərabərsizlik davam etdiyi müddətdə insanlar ölməyə davam edəcək".

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O bildirib ki, təkcə dünən 13 mindən çox insan COVID-19-dan həyatını itirib:

“Yəni hər bir dəqiqədə doqquz nəfər ölüb. Bu günün rəqəmləri də, sabahın və birisigünün rəqəmləri də eyni olacaq. Bəli, koronavirus vaksinlərinin sürətli inkişafı elmin zəfəridir. Ancaq vaksinlərin ədalətsiz paylanması bəşəriyyət üçün uğursuzluqdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top