Zəngəzurda gərginlik: Azərbaycanlı hərbçilər 10 erməni əsgərini döydü

GÜNDƏM 21 may 2021, 21:08
Ötən axşam Sünik (Zəngəzur) vilayətində baş verən insident nəticəsində ümumilikdə 10 erməni hərbçi xəsarət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli rəhbərlik “Tert.am”a məlumat verib. Bildirilib ki, xəsarət alan erməni hərbçilər Gorusdakı xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir. Hadisə barədə Ermənistanın Müdafiə Nazirliyinə məlumat verilib.

Qeyd edək ki, erməni jurnalist Ariana Hovsepyan “Facebook” hesabı vasitəsilə açıqlamasında ötən gecə azərbaycanlı hərbçilərin erməniləri döydüyünü, Gorus hərbi hissəsinin qərargah rəisinin burnunu sındırdığını açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top