Millimizin heyəti açıqlandı

İDMAN 21 may 2021, 20:55
Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Bildirilib ki, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlara 29 futbolçu çağırıb. Onlardan 2-si - Rüstəm Əhmədzadə və Anatoli Nuriyev Ukrayna “Minay”ından dəvət edilib. Qalan oyunçuların hamısı Azərbaycan Premyer Liqasında çıxış edir.

Əhmədzadədən əlavə, Höccət Haqverdi və Murad Xaçayev (hər ikisi “Sumqayıt”) yığmaya ilk dəfə çağırılıb. Onların hər üçü milliləşdirilib.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
 
S/S AD, SOYAD KLUB
1 Emil Balayev Qarabağ
2 Aydın Bayramov Sumqayıt
3 Mehti Cənnətov Sumqayıt
4 Maksim Medvedev Qarabağ
5 Rahil Məmmədov Qarabağ
6 Anton Krivotsyuk Neftçi
7 Şəhriyar Əliyev Keşlə
8 Bədavi Hüseynov Qarabağ
9 Azər Salahlı Keşlə
10 Təmkin Xəlilzadə Sabah
11 Abbas Hüseynov Qarabağ
12 Elvin Cəfərquliyev Qarabağ
13 Hoccət Haqqverdi Sumqayıt
14 Elvin Bədəlov Sumqayıt
15 Sərtan Taşkın Zirə
16 İsmayıl İbrahimli Qarabağ
17 Murad Xaçayev Sumqayıt
18 Anatoli Nuriyev Minay (Ukrayna)
19 Rəhim Sadıxov Sumqayıt
20 Aleksey İsayev Sabah
21 Qara Qarayev Qarabağ
22 Toral Bayramov Qarabağ
23 Emin Mahmudov Neftçi
24 Elvin Camalov Zirə
25 Vüqar Mustafayev Sumqayıt
26 Namik Ələskərov Neftçi
27 Əli Qurbani Sumqayıt
28 Ramil Şeydayev Sabah
29 Rüstəm Əhmədzadə Minay (Ukrayna)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top