Azərbaycanlı millət vəkili erməni deputatı susdurdu — VİDEO

GÜNDƏM 21 may 2021, 12:21
Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasında Azərbaycan millət vəkilləri də çıxış edib. 

Assambleyanın iclasında onlar ölkəmizdə gənclər siyasəti haqqında, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi İDEA ictimai birliyinin həyata keçirdiyi layihələr haqda danışıb. 

Tədbir zamanı millət vəkili Emin Hacıyev uzun illər işğal altında olan torpaqlarımızda Ermənistanın həyata keçirdiyi ekoloji terror, uşaq oyuncaqlarının içinə yerləşdirilmiş partlayıcı maddələrlə sui-qəsd cəhdləri haqda danışıb. İclasda işdirak edən erməni deputat Hacıyevin həqiqətləri danışmağına etiraz edərək yalan məlumatlar dilə gətirib. 

Millət vəkili Emin Hacıyev qeyd edib ki, uzun illərdir Azərbaycan gəncliyini narahat edən məsələlərdən biri də ölkəmizin torpaqlarının 20 faizindən çoxunun işğalı ilə əlaqəli terror problemidir:

“Uzun illərdir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yanğınlar təşkil edilir və misilsiz meşələr sistematik şəkildə məhv edlilirdi. Sosial şəbəkələrdə və mediada Azərbaycanın Qarabağ bölgəsindəki meşələrin kütləvi qırılması ilə bağlı çox az sayda kadr var. Ekoloji vandalizm keçən payızda ölkəmizin işğal olunmuş bölgələrini tərk edən ermənilərin evləri və meşələri yandıraraq bölgənin flora və faunasına böyük ziyan vurması zamanı da baş verdi. Digər bir dəhşət ondan ibarətdir ki, ermənilər dəfələrlə Tərtər, Xaçın, Qarqar çayları vasitəsilə oyuncağa bombalar yerləşdirib terror törədiblər. 

Misal olaraq 14 iyul 2011-ci ildə Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyeva çaydan tapdığı bir oyuncaqla oynayarkən ermənilərin oyuncağın içinə yerləşdirdiyi bombanın partlaması nəticəsində ağır yaralanır. Daha sonra qız xəstəxanaya aparılarkən yolda vəfat edib”. 

Erməni deputat isə danışmaq istəmədiyini bildirib:

“Bu gün bu barədə danışmaq lazım deyil deyə düşünürəm. Azərbaycandan olan həmkarımın cavab vermiyə bilmərəm. Silaha gəldikdə... fosfor, fosforlu... kimyəvi, müxtəlif maddələr olan silahların qarşı tərəfin istifadəsi barədə nümunə gətirə bilərəm. Və bu dəfələrlə olub. Mənə elə gəlir ki, Azərbaycanın bu təcavüzü nəinki ətraf mühitə, həm də insanlığa təhlükə yaradıb”. 

Erməni deputatın öz xalqının törətdiyi terror haqqında danışması belə, onu həyacanlandırıb. Öz fikirlərini çatdıra bilməyən Ermənistan nümayəndəsi, fosforlu silah haqqında danışmaq istəsə də, dilinin topuq vurmağından bəlli olur ki, bu haqqda heç bir məlumatı yoxdur və bu səbəbdən ona danışa bilmək üçün kənardan kömək edirlər. 

Lakin buna baxmayaraq, Ermənistan nümayəndəsinin etirazlarını tutarlı faktlarla cavablandıran Emin Hacıyev İrəvanın uydurma fikirlərinin yayılmasına imkan verməyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top