600 sakini olan kənd susuz qalıb — VİDEO

SOSİAL 18 may 2021, 22:09
Siyəzən rayonunun Dağ Quşçu kəndinin sakinlərinin “dağ boyda” dərdi var desək heç də yanılmarıq. Çünki, 600 sakini olan kənd uzun illərdir ki, susuzluqdan əziyyət çəkir.

Kənddəki yeganə su mənbəyi olan bulaq daha çox tələbat duyulduğu yaz və yay aylarında quruyur.

Nəticədə sakinlər gündəlik suya olan tələbatlarını ödəmək üçün bir ayda 7-8 dəfə qat-qat baha qiymətə avtomobillərlə uzaq məsafədən su almalı olurlar. 

Kənd icra nümayəndəliyindən isə bildirildi ki, problemin həlli ilə bağlı kənddə bir neçə yerdə subarteziyan quyusu qazılıb, amma su çıxmayıb. Bununla yanaşı aidiyyəti qurumlara da məlumat verilib. Kəndin su ilə təminatı üçün layihə də hazırlanıb, lakin maliyyə vəsaiti olmadığı üçün iş görülməyib.

Qeyd edək ki, 600 sakini olan Dağ Quşçu kəndi rayon mərkəzindən 20 kilometr aralıda yerləşir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top