Türkiyə mediası: "Şuşadan sonra sıra Zəngəzurda!"

QARABAĞ 17 may 2021, 16:28
"Zəngəzura və digər tarixi torpaqlarımıza qayıdacağıq. Heç kim buna şübhə etməməlidir. Atalarımız o torpaqda yaşayırdılar. "

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin "Yeni Akit" qəzetinə açıqlamasında Qərbi Azərbaycan Cəmiyyətinin Ankara Nümayəndəsi Dr. Derya Akdemir deyib. Akdemir Zəngəzur koridoru ilə bağlı vacib açıqlamalar edib.

"Azərbaycan Prezidenti İlham Əliyevin həmişə dediyi kimi, bir gün mütləq Zəngəzura və digər tarixi torpaqlara qayıdacağıq. Heç kim buna şübhə etməməlidir. Əcdadlarımız o torpaqda yaşayırdılar. Bəlkə o dövrdə zəifliyimizdən ruhlanan və kimlərindənsə dəstək alan ermənilər o torpaqları türksüzləşdirdilər. Amma indi onlara qarşı güclü və yaxşı təchiz olunmuş bir Azərbaycan var. Qəhrəman ordumuzun, Müzəffər Ali Baş Komandanımızın əmrləri ilə yenidən o torpaqlara qayıdacağıq.

Qələbədən sonra Azərbaycan Zəngəzura bir addım yaxınlaşır. Azərbaycan bu məsələdə heç vaxt güzəştə getməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bu məsələ ilə bağlı çox açıq mesajlar verdi. Bu torpaqlar bizim öz torpaqlarımızdır. İndi həmin torpaqlarda sərhədlərin müəyyənləşdirilməsi prosesi davam edir. Ermənistana bu mövzuda susmağı tövsiyə edirik. Sülh tərəfdarıyıq, amma daha çox qarışıqlığa səbəb olarlarsa, kimin onları dəstəkləməsinə baxmayaraq dəmir yumruğumuzu yenidən endirəcəyik. Buna əmin olmalarını istəyirik", deyə Dr. Derya Akdemir qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top