Araik və Balasanyan Şuşanın Laçın “dəhlizi” boyu kəndlərini gəzdilər — VİDEO

QARABAĞ 17 may 2021, 15:57
Son 30 il ərzində Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu erməni rejiminin tör-töküntülərininn başçısı Araik Arutyunyan Şuşa rayonunun  Laçın “dəhlizi” boyu ermənilər yaşayan məntəqələrini gəzib.  
 
Demokrat.az
xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.  
 
Şuşanın Turşsu qəsəbəsi, Salatınkənd, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi(keçmiş Kirov) kəndlərində olan separatçı rəhbər öncə həmin məntəqələrdə üzərlərində separatçı xuntanın əski parçası asılan postlardakı erməni hərbçilərə baş çəkib, daha sonra ilsə sakinlərlə görüşüb, onların sosial-iqtisadi problemləri ilə maraqlanıb. 
 
Bəhs edilən yaşayış məntəqələrindəki ermənilərin təhlükəsizliyinin Rusiya hərbçiləri tərəfindən təmin olunduğunu vurğulayan Araik tezliklə bəzi iqtisadi, sosial problemlərin həll ediləcəyini, o  cümlədən Şuşa-Laçın yolundan Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə ayrılan yolun asfaltlanacağını bildirib.
 
Bir daha xatırladaq ki, Araik Arutyunyan, eləcə də Vitali Balasanyan Azərbaycan dövləti tərəfindən İnterpol axtarışına verilib.
 
Onu da vurğulamaq gərəkdir ki, Şuşa rayonunun  Turşsu qəsəbəsində bir erməni də yaşamayıb. Laçın rayonunun kəndləri ilə qonşu olan Salatınkənd, Böyük və Kiçik Qaladərəsi kəndlərində isə sovet dövründə, 1991-ci ilin mayınadək ermənilər yaşayıb və 1988-ci ildən başlayaraq həmin kəndlər  terrorçu bazasına çevrilib. Bu müddət ərziində jurnalist, Milli Qəhrəman Salatın Əsgərova, yüksək rütbəli rus hərbçilər və bir neçə dinc azərbaycanlı məhz o  məntəqələrə toplaşmış erməni yaraqlıları tərəfindən qətlə yetirilib.(Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top