Ağcabədidəki ağır qəzada ölən və yaralananların adları müəyyənləşdi — YENİLƏNİB

HADİSƏ 16 may 2021, 21:33
Ağcabədi rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Həsənov Mirağa Adişirin oğlu dünyasını dəyişib.

Qəzada Hüslü kənd sakinləri - 2004-cü il təvəllüdlü Baxışov Coşqun Mirdamət oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və 2006-cı il təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu xəsarət alıb.

19:22
Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı, 06-BG-270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.

Avtomobildə olan üç sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top