Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək


İDMAN 15 may 2021, 22:22
İtaliyanın "Milan" futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç travmaya görə Avropa çempionatında iştirak edə bilməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə İsveçin Futbol İttifaqının mətbuat xidməti bildirib.

İbrahimoviç İtaliya çempionatının XXXV turunun "Milan" və "Yuventus" komandaları arasında matçında (3:0) travma alıb.

"Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi - red.) bildirib ki, travmaya görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək", - mətbuat xidmətinin açıqlamasında deyilir.

İbrahimoviç 2020-ci ildən “Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top