Politoloq: "Makron yaxşı olardı ki, öz xalqı qarşısında düşmüş reytinqini qaldırmaq üçün fəaliyyət göstərsin"

GÜNDƏM 14 may 2021, 13:55
“Fransa prezidenti Makron Jak Şirakın yolu ilə getməkdə israrlıdır. 44 günlük müharibə dövründə olduğu kimi post müharibə dövründə də tamamilə cəfəngiyyat açıqlamalar verməklə məşğuldur”. 

Bu sözləri Demokrat.az saytına açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Fransa prezidenti Emmanuel Makronun sosial şəbəkədə paylaşdığı statusla bağlı deyib:

“Yaxşı bilirik ki, müharibə zamanı Makron Azərbaycanın addımlarını BMT-nin Təhlükəsizlik Şurasında müzakirə etmək istəyirdi. Dünən də Ermənistanın baş naziri Nikol Paşinyanla danışdıqdan sonra belə qərara gəlib ki, Azərbaycanın Ermənistana qarşı aqressiyası BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməlidir, buna qiymət verilməlidir. Makron həm də Azərbaycanı bu ərazilərdən geri çəkilməyə çağırıb. Fransa prezidentinin bu çağırışı onun ermənilərdən daha çox erməni rolunu oynamaq istəməsindən xəbər verir”. 

Son günlər olan ərazi məsələsində söhbət Azərbaycanın 1970-ci illərdəki ərazilərindən gedir. Bu ərazilər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistan çox yaxşı bilirdi ki, üçtərəfli bəyanatdan sonra Azərbaycan sərhədlərinin yenidən müəyyənləşdirilməsi və təşkili prosesi həyata keçirilməlidir və o ərazilər Ermənistana aid deyil. Ermənilər 90-cı illərin əvvəllərinə bu ərazilərə sahib çıxaraq, buranı fərqli adlandıra bilərlər, lakin bu proses hərbi xəritələr vasitəsilə həyata keçirilir və bu xəritələr dəyişməz hesab edilir. Həmin xəritələrdə bu  göllərin, ərazilərin hansı dövlətə məxsus olduğu açıq-aşkar görünür”. 

Zaur Məmmədov: Qələbə döyüş meydanlarında əldə edilir, belə meydanlarda  deyil - İki sahil

Fransa prezidentinin absurd mövqeyinin özünə də zərər verdiyini vurğulayan politoloq, Azərbaycan-Fransa münasibətlərinin bundan sonrakı mərhələsi barədə də fikirlərini bildirib:

“Fransa artıq birmənalı şəkildə öz mövqeyini tutub və açıq bəlli edir. Bütün bu hallar göstərir ki, hazırda dünyada ciddi imici olmayan, kloun obrazında olan Makron yaxşı olardı ki, öz fransız xalqı qarşısında düşmüş reytinqini qaldırmaq üçün fəaliyyət göstərsin. Yaxın keçmişdə ona bu barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Makron burnunu Cənubi Qafqazdakı hadisələrə burnunu soxmasa, özü üçün də daha yaxşı olar.

Azərbaycan-Fransa münasibətləri Makronun dövründə öz bərbad çağını yaşamaqdadır. Fransanın hakim partiyası öz qərarını verib və nəticə etibarı ilə onlar Cənubi Qafqazdakı bütün proseslərdən kənarda qalacaqlar. Azərbaycan Fransa ilə ticarət sahəsində bir çox mühüm razılaşmalar əldə etmişdi. Həmçinin avtomobil sənayesində də vacib anlaşmalar vardı. Bu hadisələrdən sonra bu layihələr dondurulub və onların ləğvi gözlənilir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top