"Ali Baş Komandanın “Xarıbülbül” festivalının açılışında iştirak etməsi ilə bütövlükdə türk dünyası fəxr edir"

GÜNDƏM 13 may 2021, 09:09
“Prezidentin və ailə üzvlərinin Şuşada “Xarıbülbül” musiqi festivalının açılışında iştirak etməsi ilə təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası fəxr edir. Festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin iştirakı bir daha göstərir ki, ölkəmiz multikultural və tolerant ölkədir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, festival Azərbaycanda yaşayan xalqların milli birlik ətrafında birləşdiyinin göstəricisidir: “Biz bunu bütün dünyaya göstərdik. Dövlət başçısı festivalın açılışı zamanı bir sıra məqamlara toxundu, vacib mesajlar verdi. Cənab İlham Əliyev vurğuladı ki, Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. Qeyd etdi ki, Şuşa Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Ali Baş Komandan Şuşanın işğaldan azadedilmə prosesini çox dəqiq ifadə etdi. Prezident bildirdi ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu bir addım da geri çəkilməyib. Şəhidlər verdik, irəli getdik... Noyabrın 8-də Şuşa erməni vandallarından azad edildi. Qəhrəman hərbçilərimiz Şuşanı sıldırım qayalardan aşaraq azad ediblər. Bu şəhərin azad edilməsi ayrıca dastandır. Ölkədəki xalqların Vətən Müharibəsində milli birlik ətrafında birləşməsi qələbəni şərtləndirdi. Mayın 12-də axşam Şuşada atəşfəşanlıq olub. Atəşfəşanlığı Xankəndidə yaşayan ermənilər də izləyiblər, görüntüləri də sosial şəbəkələrdə paylaşıblar...”

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top