"Uğurlu hərbi əməliyyatlarımızın səsi düşmənin strateji sinir bölgəsi olan Sünikdən gəlir"

SİYASİ 12 may 2021, 23:48
“Uğurlu hərbi əməliyyatlarımızın səsi düşmənin strateji sinir bölgəsi olan Sünikdən gəlir”
Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə səfərbər olunan Müzəffər Ordumuz Ermənistan ərazilərinə doğru irəliləməyə başlayıb. Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını birləşdirən tarixi dəhlizin müharibəsiz açılması barədə dəfələrlə Ermənistan hökumətinə edilən rəsmi müraciətlərin nəticəsiz qalması Azərbaycan Ordusunu hərəkətə keçməyə məcbur etdi. Artıq uğurlu hərbi əməliyyatlarımızın səsi düşmənin strateji sinir bölgəsi olan Sünik bölgəsindən gəlir. Düşmən şərtlərimizlə razılaşmalıdır, yoxsa erməni faşistlərinin daha ağır itkilərə məruz qalacağı qaçılmaz olacaqdır. Azərbaycanın “Dəmir Yumruğu” bu dəfə düşmənin başını dibindən qoparıb elə dərin zibilxanaya tullayacaq ki, üzülmüş başı təzədən oradan çıxarıb yerinə bərkitmək mümkün olmayacaq. 
 
Ali Baş Komandanın mayın 10-da Naxçıvanda olarkən səsləndirdiyi çox ciddi və hər kəsin nəticə çıxarması üçün vacib tarixi bəyanatı təkcə Ermənistana deyil, daha çox onu müdafiə edən bəzi dövlətlərin qızışdırıcı mövqeyinə Prezident Əliyevin tutarlı cavabı kimi qəbul edilməlidir. Düşmən ölkənin bütövlükdə iqtisadi-kommunikasiya siyasətinin idarə olunmasına nəzarəti ələ keçirən dövlətin adını çəkməsə də, İlham Əliyevin diplomatik işarəsinin hara və hansı dövlət üzərinə yönəltdiyini asanlıqla duya bildim. 
 
“Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik” açıqlaması ilə hər şeyi ortaya qoyan cənab Prezident nəinki dəmir yolunun, ümumiyyətlə, Ermənistan hökumətinin iqtisadiyyatından tutmuş daxili və xarici siyasətinədək bütün məsələləri Rusiya dövlətinin müəyyən etdiyini dünya birliyinin diqqətinə təkrar çatdırdı. 
 
Həqiqətən, Ermənistan Rusiyadan bütün mənalarda asılı vəziyyətdədir. Nə üçün İlham Əliyevin tarixi Naxçıvan bəyanatının üzərində bir qədər geniş dayanıram?! Əvvəla, buna mən sadəcə müsahibə kimi baxmıram. Və sıradan bir bəyanat kimi də yanaşmıram. Yeganə səbəb budur ki, Prezident İlham Əliyev rəhbəri olduğu dövlətin və xalqın maraqlarını böyüklüyündən və kiçikliyindən, gücündən və qüdrətindən asılı olmayaraq heç bir ölkəyə təslim etməməkdə bu gün də israrlıdır. Ona həm də bir dövlət başçısı olaraq böyük cəsarətinə, torpağı və Vətəni üçün ən ağır döyüşlərə hazır dayandığına görə rəğbətim ikiqat çoxaldı. İlham Əliyev Naxçıvan bəyannaməsi ilə müzəffər Ordumuzun və qalib xalqımızın böyük əsgəri olaraq özünü təqdim etdi. Təəssüf ki, nə dövlətin sərəncamında olan mətbuatımız, nə də müstəqil mediamızın bu qədər ciddi bəyanatın təhlilinə, Prezidentin hadisələrə müqayisəsiz yanaşma tərzinə, dönməz siyasi xəttinə lazımi yer ayırmadılar. İradımla ola bilsin, razılaşmayanlar olsun. Lakin mən həqiqətim üzərində təkid edirəm. Ən azından ona görə ki, hörmətli İlham Əliyevin Naxçıvan bəyannaməsinin gecəsi Sünik bölgəsinə doğru Azərbaycan Ordusunun hərbi əməliyyata başlaması əmrinin verilməsi heç də təsadüfi hala oxşamır. Yumruğun hazır vəziyyətdə olduğu sən demə, hədər yerdən nümayiş etdiriməmişdi. Dalağım həmən sancdı, yaxşı mənada!!! Erməni saytlarına baxarkən düşməni alışdırıb-yandıran çoxlu sayda məlumatlar gözümə dəydi. Yumruq yenə düşməni qorxuya salıb. Faşistlər təşviş içərisindədir!!! 
 
Eldar Sabiroğlu,
sabiq millət vəkili, ehtiyatda olan polkovnik

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top