Azərbaycan Zəngəzurdan keçərək üç türk dəhlizinə sahib olacaq — Erməni türkoloq

QARABAĞ 12 may 2021, 18:41
Düşmən Sünikdən (Zəngəzur) keçərək 3 türk dəhlizi əldə etmək istəyir.

Demokrat.az
bildirir ki, erməni mətbuatının yazdığına görə, bu sözləri analitik-türkoloq Varujan Qeqamyan deyib.

Daha sonra o deyib: “Bu gecə düşmən Ermənistanda milli hökumətinin olmamasından istifadə edərək təxminən 3 km Sünikin ( Zəngəzur) dərinliyinə irəliləyib. Və heç bir beynəlxalq normalarla təsdiqlənmiş sərhəd və ya  BMT onu saxlaya bilmir.

Xatırladım ki, bizim düşmənimiz üçün hazırda böyük prioritet Artsaxın (Qarabağ) azad olunmamış torpaqları deyil, Sünikdir (Zəngəzur). Sünikdən (Zəngəzur) keçərək düşmən 3 türk dəhlizini və daha çox ərazini əldə etmək istəyir ki, Sünikdəki (Zəngəzur) ermənilərin həyatını yaşanmaz hala gətirsin.Yaxın həftələrdə və aylarda bu istiqamətdə təzyiqlər ancaq artacaq.

Mən hələ noyabrdan xəbərdarlıq edirdim ki, hələki Ermənistanda öz oğrubaşı ilə de fakto türklərin əlaltısı olan rejim hakimiyyətdədir, Ermənistan həmişə ərazisini itirəcək və getdikcə türk vilayətinə çevriləçək. Hal-hazırda bütün bunlar prosesdədir”./Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top