Qəzzada ölənlərin sayı 35-ə çatdı

DÜNYA 12 may 2021, 13:49
İsrailin Qəzza zolağına endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsrail ordusunun ötən gecə gecə endirdiyi zərbələr nəticəsində üç, çərşənbə axşamı günü 15, bazar ertəsindən bəri isə ümumilikdə 35 fələstinli dünyasını dəyişib.
 
Qurbanların arasında 12 uşaq və bir qadının olduğu, uşaqlardan bəzilərinin isə 2 yaşadək körpələr olduğu qeyd olunub. Həmçinin 100-ə yaxın yaralanın olduğu da bildirilir.

Qeyd edək ki, bir müddətdir fələstinlilər və İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmalar, ötən gün raket müharibəsi həddinə çatıb. Qəzza zolağına nəzarət edən Həmas hərəkatının çərşənbə axşamı axşam və çərşənbə günü səhər Təl-Əviv istiqamətində 200-dən çox raket atıldığını elan edib. Beş israil vətəndaşının öldüyü ilə bağlı məlumat yayılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top