Azərbaycanın baş naziri Mixail Mişustinə başsağlığı verdi

XARİCİ SİYASƏT 12 may 2021, 11:19
Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Demokrat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top