Sumqayıtda gecə saatlarında ağaclar kəsildi — FOTO

HADİSƏ 12 may 2021, 10:53
Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilib.

Demokrat.az xəbər verir ki, hadisə ötən gecə şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında olan ağaclıq olan ərazidə qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.

Ərazidə yaşayan sakinlərin etirazından sonra həmin şəxslər oranı tərk ediblər. Polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək”.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top