YapiKredi Müraciət Forması
Hava

Sel və daşqın olacaq — Xəbərdarlıq

Sel və daşqın olacaq — Xəbərdarlıq

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 24-ü və 25-də də davam edəcək.

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, ayrı-ayrı bölgələrdə leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağıntılar səbəbindən çaylarda sululuq artacaq. Böyük Qafqaz və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Beləliklə, sinoptiklər havanın kəskin pisləşəcəyi iki gün ərzində sel və daşqın təhlükəsinə qarşı diqqətli olmağı tövsiyə edirlər.

Bəxtiyar Umarlı
Managing Editor